date saat

Nazirlik tərəfindən məhkəmə qərarlarının qanunvericiliklə müəyyən edilmiş müddətdə tam icrası nəzarətdə saxlanılır. Nazirliyin 2020-ci ilə dair iş planının icrası ilə əlaqədar olaraq yerli icra və probasiya qurumlarına köməklik göstərilməsi və icradan yayınma hallarının qarşısının alınması məqsədilə borclularla profilaktiki söhbətlərin aparılması işi davam etdirilir.

Aparlan profilkatiki tədbirlərin davamı olaraq iyunun 29-da nazirliyin əməkdaşları Culfa rayon İcra və probasiya bölməsində olmuşlar. Əməkdaşlar tərəfindən bölmənin icraatında olan aliment və pul tələbinə dair icra sənədləri üzrə icradan yayınan borclularla profilaktiki söhbətlər aparılmış, onlara icra sənədi üzrə tələblərin vaxtında yerinə yetirilməməsinə görə hansı məsuliyyətə cəlb oluna biləcəkləri barədə qanunvericiliyin tələbləri izah edilmişdir.

Aliment işləri üzrə borcluların diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Aliment vəsaiti böyüməkdə olan uşağın təminatına, qidasına, təhsilinə yönəlir. Onun gələcəkdə formalaşması üçün ən vacib amillərdən birinə çevrilir. Valideynlərin öz uşaqlarını saxlamaq borcu, valideynlərin fəaliyyət qabiliyyətli, əmək qabiliyyətli olub-olmamasından, habelə uşaqların valideynlərinin köməyinə ehtiyac duyub-duymamasından asılı deyildir. Bütün bunları  nəzərə alan aliment ödəyiciləri vaxtında öhdəliklərini yerinə yetirməlidirlər. Əks halda  qüvvədə olan qanunvericilik aktlarına əsasən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə, icra sənədi qərəzli olaraq icra edilmədikdə isə cinayət məsuliyyətinə cəlb olunur.

Sonra aliment və pul tələbi ilə bağlı ödənişləri gecikdirən borclular dinlənilmiş və yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində müzakirələr aparılmışdır.

 

        Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti