date saat

Ədliyyə Nazirliyinin mühüm vəzifələrindən biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 27 iyul tarixli Fərmanı ilə yaradılan Hüquqi Aktların Dövlət Reyestrinin aparılması istiqamətindədir. 2012-ci  il  yanvarın  1-dən başlayaraq muxtar respublikada reyestrin aparılması və idarə olunması nazirlik tərəfindən həyata keçirilir. Reyestrin yaradılması muxtar respublikamızda bu sahədə müasir texnologiyanın inkişafının bariz nümunəsidir. Reyestrin fəaliyyətə başlaması, formalaşdırılması və aparılması üçün zəruri tədbirlər həyata keçirilmişdir.

Müstəqillik əldə etdikdən sonra hüquqi dövlətin yaradılması sahəsində görülən tədbirlər çərçivəsində qanununvericilik bazası da tamamilə yeniləndi, yeni normativ hüquqi aktlar qəbul edildi. Muxtar respublikada müasir dövrün tələblərinə uyğun olaraq Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantının yaradılmasına da ciddi ehtiyac yaranmışdı.  Reyestrin yaradılmasında əsas məqsəd hüquqi aktlar barədə dövlət informasiya ehtiyatını yaratmaq, ictimaiyyətin, müxtəlif sahələrdə çalışan peşə sahiblərinin vaxt itkisinə yol vermədən informasiya əldə etmək imkanını asanlaşdırmaqdadır. Ayrı-ayrı hüquq sahələri ilə bağlı mütamədi olaraq kütləvi informasiya vasitələrində hüquqi maarifləndirmə işləri aparmaqla yanaşı reyestrin təşkili bu fəaliyyətin surətləndirilməsinə yönəldilən mühüm addımdır.

Hazırda hüquqi aktlar huquqiaktlar.nakhchivan.az  internet  saytında  dərc  olunur və ictimaiyyət üçün daim açıqdır. Səhifədə hüquqi aktların məzmunu ilə tanış olmaqla yanaşı, sənədlərin axtarışının həyata keçirilməsi də mümkündür ki, bu da istifadəçinin vaxt itikisinin qarşısını alır. Fəaliyyət göstərdiyi müddət ərzində reyestrə 2116  hüquqi sənəd daxil edilmişdir ki, onlardan 1186-i normativ hüquqi akt, 924-i qeyri-normativ hüquqi akt, 6-ı isə normativ xarakterli aktlardır. Sayt milli  qanunvericliyin  digər elektron bazalarına daxil olmaq imkanı da yaradır.

Muxtar respublikamizda aparılan mütərəqqi islahatlar geniş qanunyaradıcı fəaliyyətilə müşayət olunur. Reyestrin geniş qanunvericilik bazasını özündə əks etdirməsi və daim yenilənməsi internet istifadəçilərinin diqqətini cəlb edir. Zaman keçdikcə yeni hüquqi aktların reyestrə daxil edilməsinin nəticəsidir ki, ilbəil elektron istifadəçilərinin sayını artırır.

          Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti