date saat

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən hamiliyə götürülmüş Naxçıvan Dövlət Universitetinin  Sosial idarəetmə və hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə tələbələri ilə onlayn görüş təşkil olunub.

Qeyd olunub ki, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 03 aprel 2019-cu il tarixli Sərəncamının icrası diqqətdə saxlanılmaqla ötən müddətdə hami təşkilatla universitet arasında mütəmadi görüşlər keçirilmişdir. Vurğulanıb ki, artıq ötən ildən tələbələr ədliyyə orqanlarında “Ədliyyə könüllüləri” proqramı istiqamətində həyata keçirilən layihələrdə yaxından iştirak edirlər. Bugünkü onlayn görüşün də əsas məqsədi könüllü tələbələrin ədliyyə sahəsindəki bilik və bacarıqlarını daha da artırmaq və təkmilləşdirməkdən ibarətdir.

Görüş zamanı tələbələrə nazirliyin əməkdaşları tərəfindən probasiya sahəsi üzrə müasir elektron izlənmə nəzarət sistemi barədə geniş məlumat verilmiş, elektron nəzarət sisteminin istifadə qaydaları izah edilmişdir. Tələbələr məhkumlar üzərində tətbiq olunan elektron nəzarət vasitəsi ilə tanış edilmişlər.

Sonra mövzu ətrafında müzakirələr aparılıb,tələbələri maraqlandıran suallar cavablandırılıb. Qeyd olunub ki, onlayn tədbirlərin keçirilməsi mütəmadi olaraq davam etdiriləcəkdir.

        Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti