date saat
Məhkəmə qərarlarının icrası hüququ pozulmuş vətəndaşların hüquqlarının təmin edilməsində vacib amildir. Ədliyyə Nazirlyi tərəfindən qərarların qanunvericiliklə müəyyən edilmiş müddətdə tam icrası daim diqqətdə saxlanılır. Hər il tərtib olunan iş planına məhkəmə qərarlarından yayınan borclular barədə zəruri profilaktik tədbirlərin görülməsi üçün müvafiq bəndlər əlavə olunur.
Nazirliyin 2020-ci ilə dair iş planına uyğun olaraq İstintaq bölməsi İcra və probasiya şöbəsi ilə birlikdə yerli icra və probasiya qurumlarına köməklik göstərmək və icradan yayınma hallarının qarşısının alınması üçün borclular barədə profilaktik tədbirlər görmək məqsədilə Babək rayon İcra və probasiya şöbəsində olmuşlar. Nazirliyin əməkdaşları tərəfindən Babək rayon İcra və probasiya şöbəsinin icraatında olan aliment və pul tələbinə dair icra sənədləri üzrə icradan yayınan borclularla profilaktik söhbətlər aparılmış, icra sənədi üzrə tələbin qərəzli olaraq icra edilməməsi və ya tələbin icrasına maneçilik törətmənin yaratdığı inzibati və cinayət məsuliyyəti barədə ətraflı məlumat verilmiş, qanunvericiliyin tələbləri izah edilmişdir.
Nazirliyin əməkdaşları mütəmadi olaraq icrası çətinlik törədən işlərin həyata keçirilməsində yerli qurumlara köməklik göstərir. Xüsusən də icrası uzun müddət davam edən aliment, pul tələbi işlərinin icrasında yaxından iştirak edirlər.
Məhkəmə qərarlarının icrasıyla əlaqədar mütəmadi olaraq digər rayonlarda da icra sənədi üzrə icradan qəsdən yayınan borclularla görüşlər təşkil edilərək profilaktik tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti