date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində cəza-icra siyasətinin təşkili və etibarlı qorunması təmin edilir, cəza çəkən şəxslərə hüquqi yardımların göstərilməsi diqqətdə saxlanılır.
Aprelin 19-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Daxili İşlər Nazirliyinin birgə əməkdaşlığı ilə cəzaçəkmə müəssisələrində səyyar formada xidmətlər həyata keçirilmişdir.
Səyyar xidmətin əməkdaşları şəxsiyyət vəsiqəsini itirən 1 məhkumun, eləcə də 44 məhkumun müddəti bitimiş şəxsiyyət vəsiqəsini dəyişdirərək yeni nəsil şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi məqsədilə müvafiq qeydiyyat işləri həyata keçirmişlər.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyin mətbuat xidməti