date saat
Aprelin 11-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları Şərur rayonunda “Açıq qapı” günü təşkil ediblər. Şərur Rayon Məhkəməsinin inzibati binasında keçirilən qəbul zamanı vətəndaşların, əsasən, aliment, pul tələbi, qeydiyyat və notariat əməliyyatları ilə bağlı müraciətləri dinlənilib.
Müraciət edən şəxslər fərdi qaydada qəbul edilərək onlara qanunamüvafiq məsləhətlər verilib və həlli mümkün olan məsələlərə dəstək göstərilib. Ədliyyə Nazirliyinin səlahiyyət dairəsinə aid araşdırma tələb edən müraciətlər isə həll edilməsi ilə bağlı nəzarətə götürülüb..
Qeyd edək ki, “Açıq qapı” günləri çərçivəsində nazirliyin əməkdaşları tərəfindən görüşlərin keçirilməsi davam etdirilir. Növbəti qəbulun aprel ayının 28-də Sədərək rayonunda keçilməsi nəzərdə tutulmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti