date saat

Aprelin 11-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Dövlət Universiteti ilə birgə Beynəlxalq münasibətlər və hüquq fakültəsində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar tədbir təşkil edib. Ədliyyə Nazirliyinin əməkdaşlarının, universitetin pedoqoji heyətinin və tələbələrinin iştirak etdiyi tədbir “Heydər Əliyev mütərəqqi hüquqi islahatların banisidir” mövzusuna həsr edilib.

Universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov tədbiri giriş sözü ilə açaraq ulu öndər Heydər Əliyevin Azərbaycanın təhsil sisteminə verdiyi töhfələrdən bəhs etmiş, tələbələr üçün daim örnək şəxsiyyət olduğunu vurğulamışdır.

Ədliyyə Nazirliyinin əməkdaşları Ələkbər Hüseynov “Azərbaycanın dövlətçilik strategiyasında Heydər Əliyevin hüquqi islahatları” və Reyhan Sadiqova “Ailə dəyərlərinin formalaşmasında ulu öndər Heydər Əliyevin rolu”mövzusunda məruzə ilə çıxış ediblər.  Ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu 10 il ərzində ölkəmizdə hüquq sisteminin təməlini təşkil edən mühüm qanun və məcəllələr qəbul edilməsi, məhkəmə və hüquq mühafizə orqanlarının funksiya və səlahiyyətlərinə yenidən baxılması barədə məlumat verilib. Bildirilib ki, bu gün ulu öndərin Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu yоlundа gördüyü işlər nəticəsində bеynəlхаlq stаndаrtlаrа əsаslаnаn, qanunun aliliyini rəhbər tutan, vətəndaş cəmiyyətinə əsaslanan dövlət yaranmışdır. Məruzəçilər Heydər Əliyevin ailə dəyərləri haqqında fikirlərini diqqətə çatdırıb, Azərbaycan ailələrinin möhkəm təməllər üzərində qurulması üçün qanunvericiliyin təkmilləşdirilməsi sahəsində gördüyü işlərdən bəhs ediblər.

 

Universitetin Hüquq fənləri kafedrasının müəllimləri Əziz Qasımov “İnsan hüquqları ulu öndər Heydər Əliyevin banisi olduğu hüquqi islahatların prioritet istiqaməti kimi” və Yunis Xəlilov “Ümummilli lider Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının memarıdır” mövzularında çıxış ediblər. Çıxış edənlər ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın insan və vətəndaş hüquqlarının prioritet istiqamət aldığı milli Konstitusiyamızın ərsəyə gəlməsindəki rolundan bəhs ediblər. Ölkəmizdə ölüm cəzasının ləğv olunması və eləcə də insan hüquq və azadlıqlarına xidmət edən qanun və qərarların, hüquqi aktların qəbul edilməsinin əhəmiyyətindən danışılıb. Vurğulanıb ki, Şərqdə ilk dəfə olaraq ölüm cəzasının məhz ölkəmizdə ləğv edilməsi  Heydər Əliyevin humanist ideyalara sadiqliyini təcəssüm etdirir.

Tədbirdə çıxış edən digər natiqlər Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, titanik fəaliyyətindən ətraflı danışıblar.

 

     Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti