date saat
Cari ilin fevral ayından başlayaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində vakant vəzifələrin tutulması üçün müsahibə elan edilmişdir. Bununla əlaqədar olaraq aprel ayının əvvəlinədək sənəd qəbulu həyata keçirilmişdir. Elan olunmuş müsahibədə müvafiq vəzifə üzrə həkim mütəxəssis, eləcə də kiçik və orta rəis heyəti vəzifələri üçün sənəd verən qadın namizədlər iştirak edirlər.
Aprelin 10-da nazirlikdə işə qəbulla bağlı elan olunmuş müsahibə mərhələsinin keçirilməsinə başlanılmışdır. Müsahibədə namizədlərə ixtisasına, iddia etdiyi vəzifənin qulluq funksiyasına, peşə hazırlığına və dünyagörüşünə uyğun suallar verilir.
Qeyd edək ki, müsahibəyə çıxarılan vakant vəzifənin tutulması üçün 43 namizəd qeydiyyatdan keçib. Müsahibə aprel ayının sonunədək davam edəcək. Müsahibənin nəticələri müsahibə başa çatdıqdan sonra elan olunacaq.
Naxçıvan Muxtar Respublikası
Əliyyə Nazirliyinin mətbuat xidməti