date saat

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin sağlamlığının qorunması və tibbi təminatı diqqət mərkəzində saxlanılır. 

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Səhiyyə Nazirliyi arasında əldə edilmiş razılaşmaya əsasən ilin müvafiq dövrlərində cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlar tibbi müayinələrdən keçirilirlər.

Aprel ayının 08-də Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi həkim briqadası cəzaçəkmə müəssisələrində olaraq cəza çəkən bütün məhkumları kompleks müayinə ediblər. Onlardan  qan analizləri götürülüb,  müxtəlif müayinələrdən keçərək, kardioloji, dəri, zöhrəvi, göz, psixi və digər xəstəlikləri yoxlanılıb.  

      Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyin mətbuat xidməti