date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin sağlamlığının qorunması, onların tibbi təminatının yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq ardıcıl tədbirlər həyata keçirilir. Belə ki, müxtəlif yoluxucu xəstəliklərin cəzaçəkmə müəssisələrinə keçməsinin qarşısının alınması istiqamətində də mütəmadi olaraq tədbirlər görülür.
Aprelin 7-də “Ümumdünya Sağlamlıq Günü” münasibətilə cəzaçəkmə müəssisələrində və Mühafizə Taburunda kompleks dezinfeksiya işləri həyata keçirilib. Məhkum və həbs edililmiş şəxslərin, eləcə də səxsi heyətin istifadə etdikləri inzibati binalar və ərazilər, sanitar qovşaqlar, yeməkxanalar, yataqxanalar Kəngərli rayon Gigiyena və Epidemioloji Mərkəzinin əməkdaşları tərəfindən dərmanlanıb.
Sonra mərkəzin mütəxəssisləri sanitar-gigiyena qaydalarına düzgün əməl olunması istiqamətində şəxsi heyət və məhkumlarla profilaktiki söhbət aparıb.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti