date saat

Aprelin 1-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində icra və  probasiya sahəsində cari ilin  birinci rübündə görülmüş işlərin müzakirəsi, eləcə də vətəndaş-məmur münasibətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə müşavirə keçirilib.

Müşavirəni giriş sözü İcra və probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri Niyaməddin Əliyev açaraq qeyd edib ki, məhkəmə qərarlarının icrası əsas vəzifələrimiz olmaqla daim diqqət mərkəzində saxlanılır. Daxil olan icra işlərinin icrasını təmin etmək üçün bütün imkanlardan istifadə olunur.

İcra və probasiya şöbəsinin rəis müvaini, kiçik ədliyyə müşaviri Rəşad Allahverdiyev çıxış edərək hesabat dövrü ərzində icra və probasiya  şöbə və bölmələrinin icraatına daxil olmuş işlərin, eyni zamanda ötən illərdən icrası davam etdirilən sənədlərin icra statistikası barədə məlumat vermişdir. Bildirmişdir ki, cari ilin üç ayı ərzində icra və probasiya şöbəsinin əməkdaşları nazirliyin İstintaq bölməsi ilə birlikdə yerli icra və probasiya qurumların da olaraq icradan qərəzli yayınan borclu şəxslərlə profilaktiki tədbirləri davam etdirmişlər.

Sonra yerli icra və probasiya qurumlarının rəisləri icraatlarında  olan icra işlərinin icra vəziyyəti və icra hərəkətlərinin yerinə yetirilməsində mövcud olan çətinliklər barədə məruzə etmişlər. Tədbir qarşılıqlı diskusiya şəklində davam etmiş, müzakirə ətrafında təhlillər aparılmış və verilən suallar cavablandırılmışdır.

Sonda İcra və probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri Niyaməddin Əliyev qarşıda duran vəzifələri diqqətə çatdırıb, icradan yayınan borclular barəsində müvafiq tədbirlərin görülməsi işinin sürətləndirilməsini qeyd edib.  Vətəndaşlarla və digər dövlət orqanlarının əməkdaşları ilə ünsiyyətdə təmkinli və nəzakətli olmağın vacibliyini vurğulayıb.

 

   Naxçıvan Muxtar Respublikası

  Ədliyyə Nazirliyinin mətbuat xidməti