date saat
Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə Naxçıvan Müəllimlər İnstitutunda “Gənc ailələrin sağlam olması gələcək nəsillərin sağlam olması deməkdir” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Müəllimlər İnstitutunun Tədris və tərbiyə işləri üzrə prorektoru Çapay Quliyev tədris ocağında təşkil edilən tədbirin əhəmiyyəti qeyd edib, cəmiyyətin özəyi olan ailələrin təməlinin sağlam əsaslar üzərində qurulmasında maarifləndirici tədbirlərin keçirilməsinin mühüm rol oynadığını vurğulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Eltun Həziyev “Ailə dəyərlərimiz milli dəyərlərimizin əsasıdır” mövzusunda çıxış edərək ölkəmizdə ailələrə və xüsusilə də gənc ailələrə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, ailələrə hərtərəfli qayğı göstərmək, gənc ailələrin milli-mənəvi dəyərlər üzərində inkşaf etməsini diqqət saxlamaq və onların sosial vəziyyətlərinin yaxşılaşdırılmasına xidmət etmək bütün cəmiyyətin və dövlətimizin ən prioritet sahələrindən biridir. Aparat rəhbəri ailə dəyərlərinin qorunub saxlanılması, ailə institutunun gənclər arasında möhkəmləndirilməsi, onların hüquqi biliklərinin artırılması və sağlamlıqlarıının qorunması istiqamətində ətraflı məlumat verib.
Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti aktları bölməsinin rəisi Həbibə Əliyeva “Nikahın qeydə alınması prosesinin qanunvericilkdə təsbit olunmuş müddəti və qaydaları” barədə məlumat verib. Nikaha daxilolmanın minumum yaş həddi, nikahın bağlanılmasına mane olan hallar və qanunvericilikdə nəzərdə tutulmuş digər məqamlardan bəhs edib, müvafiq sahə ilə bağlı sualları cavablandırıb.
Sonra Naxçıvan Dövlət Universitetinin Tibb fakultəsinin Ümumi təbabət klinik fənnlər kafedrasınınn müdiri, həkim-ginekoloq, dosent, tibb elmləri üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva “Nikahdan öncə gənclərin tibbi müayinələrdən keçməsi ailələrin sağlam olmasının əsas şərtlərindədir” mövzusunda çıxış edərək gənc ailələrin və dünyaya gələcək körpələrin sağlamlıqları üçün əhəmiyyətli məqamlar haqqında ətraflı məlumat verib.
Tədbirin sonunda mövzu ilə bağlı hazırlanmış broşürlər paylanılıb.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti