date saat

Martın 13-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən növbəti “Açıq qapı” günü Culfa rayonunda təşkil edilib. Həmin rayonda yerləşən  məhkəmənin inzibati binasında nazirliyin əməkdaşlarına müraciət edən vətəndaşlara hüquqi yardım göstərilmiş, onlara problemlərinin həll olunmasının yolları izah edilmiş, maraqlandıqları suallara aydınlıq gətirilmişdir.

Nazirliyin təsdiq edilmiş tədbirlər planının icrası ilə əlaqədar olaraq “Açıq qapı” günlərinin davamlı olaraq keçirilməsi nəzərdə tutulmuşdur. Növbəti tədbirin keçiriləcəyi bölgələr baradə media orqanlarında, nazirliyin rəsmi saytında və sosial şəbəkə hesablarında əvvəlcədən məlumat veriləcəkdir. 

      

        Naxçıvan Muxtar Respublikası

   Ədliyyə Nazirliyinin mətbuat xidməti