date saat

Müsabiqəyə yerli icra və probasiya qurumlarında 7 vakant icra məmuru vəzifəsi (vəzifə kodu: 960000) çıxarılmışdır.

 

İcra məmuru vəzifəsinin tutulması üçün ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

 

Müsabiqədə iştirak etmək istəyən şəxslər 4 mart-1 may 2023-cü il tarixlərdə Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin internet portalında (www.ndim.gov.az) Şəxsi Kabinet bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli və aşağıdakı sənədlərin skan olunmuş sürətlərini “Şəxsi Kabinet”ə yükləməlidirlər:

 

     1. Şəxsiyyət vəsiqəsi;

     2. Ali təhsil haqqında sənədlər;

     3. Əmək kitabçası (olduğu təqdirdə);

     4. Hərbi bilet;

     5. 3x4 sm ölçüdə fotoşəkil (ağ fonda).

 

Xarici ali təhsil müəssisələrinin məzunları təhsil sənədlərinin Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyinə dair şəhadətnamənin əslini və notarial qaydada təsdiq olunmuş surətini Dövlət İmtahan Mərkəzinə təqdim etməlidirlər.

Namizədlər imtahanda iştirak üçün qanunvericiliklə müəyyən edilmiş 100 manat məbləği “Şəxsi Kabinet” vasitəsilə bank kartları ilə ödəyə bilərlər. Digər halda həmin məbləğ Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin "Naxçıvanbank" ASC-dəki bank hesabına (AZ50NAXB36015000024840000AZN) ödənməli və ödənişə dair qəbz həftənin iş günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək Dövlət İmtahan Mərkəzininə təqdim edilməlidir.

 

“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə işləməyə qadir olmayan, qanunla müəyyən edilmiş həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırışyaşlı vətəndaşlar, məhkəmə, prokurorluq, ədliyyə, digər hüquq mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər işə qəbul edilmirlər.

 

Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər Dövlət İmtahan Mərkəzinə gəlməklə müraciət edə bilərlər.

Maraqlananlar Mərkəzin (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya  elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.