date saat
Fevralın 23-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən Babək Rayon Məhkəməsinin inzibati binasında növbəti “Açıq qapı” günü keçirilib. Vətəndaşlara hüquqi yardımların göstərilməsi məqsədilə keçirilən tədbir müraciət edən şəxslərin maarifləndirilməsi və problemlərinin həll olunmasında peşəkar dəstəyin göstərilməsinə xidmət edir.
Nazirliyin təcrübəli əməkdaşları tərəfindən müraciət edən vətəndaşların problemləri dinlənilib, onlara qanunamüvafiq məsləhətlər verilib və həlli mümkün olan məsələlərə dəstək göstərilib.
Nazirlikdə təsdiq olunmuş tədbirlər planına əsasən “Açıq qapı” günlərinin davamlı olaraq keçirilməsi nəzərdə tutulmuşdur. Növbəti tədbirin keçiriləcəyi bölgəmiz barədə məlumat əvvəlcədən nazirliyin rəsmi saytında və sosial şəbəkə hesablarında veriləcəkdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti