date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin 100 illik yubileyinin ədliyyə orqanlarında qeyd edilməsi ilə bağlı təsdiq etdiyi tədbirlər planına müvafiq olaraq silsilə tədbirlər davam etdirilir.
Tədbirlər Planına əsasən aprelin 19-da ədliyyə işçiləri arasında şahmat turniri təşkli edilib. Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan turnir nazirliyin Penitensiar Xidmətində keçirilib. Turnirdə nazirliyin aparatının, Məhkəmə Ekspertiza Mərkəzinin, Penitensiar Xidmətin və tabe qurumlarının əməkdaşları iştirak edib. Ümumilikdə 20 nəfər ədliyyə işçisinin mübarizə apardığı oyun İsveçrə modeli əsasında həyata keçirilib. Yarışın sonunda qaliblər müəyyən olunub.
Peniteniar Xidmətin əməkdaşları Müslüm Abbasov I, Ramin Əsgərov II və Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşı Asif Mahmudov III yerin qalibi olublar.
Yekunda turnirin qaliblərinə Ulu öndər haqqında yazılan kitablar, diplomlar və qiymətli hədiyyələr təqdim edilib.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti