date saat

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində cəza-icra siyasətinin təşkili və etibarlı qorunması təmin edilir, cəza çəkən şəxslərə hüquqi yardımların göstərilməsi diqqətdə saxlanılır.

Aprelin 19-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Daxili İşlər Nazirliyinin birgə əməkdaşlığı ilə cəzaçəkmə müəssisələrində səyyar formada xidmətlər həyata keçirilmişdir.

Səyyar xidmətin əməkdaşları şəxsiyyət vəsiqəsini itirən 1 məhkumun, eləcə də  44 məhkumun müddəti bitimiş şəxsiyyət vəsiqəsini dəyişdirərək yeni nəsil şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi məqsədilə müvafiq qeydiyyat işləri həyata keçirmişlər.

 

      Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyin mətbuat xidməti