date saat

Aprelin 04-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Heydər Əliyev Azərbaycan Respublikasında yerli özünüidarəetmənin banisidir” mövzusunda tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan Şəhər, Qəsəbə Kənd Bələdiyyələri Assosasiyaları ilə birgə təşkli olunan tədbirdə nazirliyin Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşları, muxtar respublika üzrə bələdiyyələrin sədrləri və qulluqçuları iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Liderin Naxçıvan şəhərində Heydər Əliyev Muzeyinin qarşısında ucaldılmış abidəsi önünə əklil qoyulub, əziz xatirəsi ehtiramla anılıb. Sonra isə muzeydə Heydər Əliyevin mənalı ömrünə həsr olunan eksponatlarla tanış olublar.

Naxçıvan Dövlət Texniki Kollecində davam edən tədbirdə Ulu Öndərin əziz xatirəsi, eləcə də Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Bələdiyyələrlə iş mərkəzinin rəisi, kiçik ədliyyə müşaviri Xəyal Eyvazov “Heydər Əliyev və Azərbaycan bələdiyyəsi” mövzusunda çıxış edərək bildirib ki, yerli özünüidarəetmə orqanlarının xüsusən də bələdiyyələrin statusunun əsasları ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi ilə qəbul olunan Konstitusiya ilə müəyyənləşib. Azərbaycanda bələdiyyələrin yaranması Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda respublikamızda zəngin qanunvericilik bazasına əsaslanan yerli özünüidarəetmə sistemi formalaşmış, vətəndaş təşəbbüskarlığı üçün əlverişli şərait yaradılmışdır. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən geniş miqyaslı islahatlar nəticəsində ölkəmizdə yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin gücləndirilməsi istiqamətində də tədbirlər davam etdirilir.

Sonra  Naxçıvan Şəhər Bələdiyyələri Assosasiyasının sədri Nuraləm İbrahimov “Ulu öndərin tarixi missiyası və uğurları”, Naxçıvan Qəsəbə Bələdiyyələri Assosasiyasının sədri Elnur Həsənov “Bələdiyyələr demokratik idarəetmə formasıdır” və Naxçıvan Kənd Bələdiyyələri Assosasiyasının sədri Tofiq Babayev “Ulu öndər aqrar islahatların banisidir” mövzusunda çıxış ediblər.

Tədbirin sonunda iştirakçılar ulu öndər Heydər Əliyevin mənalı ömür yolu və dövlətçilik tarixində gördüyü işlərə həsr olunan “Xalqa bağışlanan ömür” filminə baxıblar.

 

NaxçıvanMuxtarRespublikası

ƏdliyyəNazirliyininmətbuatxidməti