date saat
Mart ayının 7-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin təşkilatçılığı ilə Qarışıq rejimli cəzaçəkmə müəssisəsində məhkumların iştirakı ilə “Heydər Əliyev irsinin cəzaçəkmə müəssisələrində təbliği” mövzusuna həsr olunan tədbir keçirilib.
Tədbirdə Xidmətin Təşkilat-nəzarət şöbəsinin rəisi ədliyyə polkovnik-leytenantı Əli Rəhimov, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) aparatının Preventiv qrupunun üzvü Babək Hacıyev, Naxçıvan Dövlət Universitetinin Elmi kitabxana mərkəzinin direktoru Fariz Əhmədov və Yazıçılar Birliyinin sədri Asim Yadigar iştirak ediblər.
Müsabiqəyə yerli icra və probasiya qurumlarında 7 vakant icra məmuru vəzifəsi (vəzifə kodu: 960000) çıxarılmışdır.
İcra məmuru vəzifəsinin tutulması üçün ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 4 mart-1 may 2023-cü il tarixlərdə Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin internet portalında (www.ndim.gov.az) “Şəxsi Kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli və aşağıdakı sənədlərin skan olunmuş sürətlərini “Şəxsi Kabinet”ə yükləməlidirlər:
1. Şəxsiyyət vəsiqəsi;
2. Ali təhsil haqqında sənədlər;
3. Əmək kitabçası (olduğu təqdirdə);
4. Hərbi bilet;
5. 3x4 sm ölçüdə fotoşəkil (ağ fonda).
Xarici ali təhsil müəssisələrinin məzunları təhsil sənədlərinin Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyinə dair şəhadətnamənin əslini və notarial qaydada təsdiq olunmuş surətini Dövlət İmtahan Mərkəzinə təqdim etməlidirlər.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar görülən işlər çərçivəsində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin aparatında çalışan əməkdaşların iştirakı ilə “Dövlətçilik tariximizdə parlaq səhifə açan dahi şəxsiyyət-Heydər Əliyev” mövzusunda tədbir təşkil olunub.
Tədbirdə xidmətin Təşkilat-nəzarət şöbəsinin rəisi ədliyyə polkovnik-leytenantı Əli Rəhimov bildirb ki, “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin ədliyyə orqanlarında qeyd edilməsi ilə bağlı” təsdiq edilmiş Tədbirlər Planının icrası Penitensiar Xidmətdə təmin edilir. O, bu istiqamətdə görülən işlərlə bağlı ətraflı məlumat verib.