date saat
Ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ədliyyə naziri Fikrət Məmmədov martın 10-da Oğuz rayonunda ədliyyə fəaliyyəti ilə bağlı Oğuz, Qəbələ, Ağdaş və digər rayonlardan olan vətəndaşların qəbulunu keçirib.
Əvvəlcə xalqımızın ümummilli lideri, bu il 100 illiyini qeyd etdiyimiz Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.
Qəbulda hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, qaldırılan məsələlərlə bağlı nazirliyin məsul işçilərinə aidiyyəti tapşırıqlar verilib. Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə xüsusi həssaslıqla yanaşılaraq qayğıları ilə maraqlanılıb.
Bölgə sakinləri onlara göstərilən diqqət və qayğıya, yerlərdə mütəmadi qəbulların təşkilinə görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.
Martın 9-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin təşkilatçılığı ilə Qarışıq rejimli cəzaçəkmə müəssisəsində məhkumların iştirakı ilə “Məhkumların cəzaçəkmə mühitinə uyğunlaşması və qarşılıqlı münasibətlərin tənzimlənməsi” mövzusunda tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd məhkumlarda yaranmış psixoloji problemlərin həlli, stress vəziyyətlərin nəticələrinin aradan qaldırılması, şəxsiyyətlərarası münasibətlərin və psixi sağlamlığın yaxşılaşdırılması, şəxsiyyətin inkişafı, sosial adaptasiyasının təmin edilməsidir.
Tədbiri giriş sözü ilə Penitensiar Xidmətin Təşkilat-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə kapitanı Nizami Nəcəfov açaraq tədbirin mahiyyəti və əhəmiyyəti barədə məlumat verib.
Mart ayının 09-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin və Hərracların Təşkili üzrə Auksion Mərkəzinin birgə təşkilatçılığı ilə Babək rayonunun Şəkərabad Kənd Mərkəzində rayon üzrə fəaliyyət göstərən bələdiyyə üzvləri və qulluqçularının iştirakı ilə “Bələdiyyə torpaqlarının mülkiyyətə verilməsində qanunvericiliyin tələbləri” mövzusunda seminar keçirilib.
Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Muşfiq Məmmədsoy keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb, torpaqlardan, o cümlədən bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə edilməsinin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını bildirib.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi kiçik ədliyyə müşaviri Xəyal Eyvazov, Qanunvericilik bölməsinin rəisi ədliyyə müşaviri Ayaz Məhərrəmov, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Torpaq ehtiyatlarından istifadə, geodeziya və xəritəçəkmə işləri sektorunun müdiri Oqtay Məmmədov və Hərracların Təşkili üzrə Auksion Mərkəzinin əməkdaşı Nicat Vəliyev mövzu ilə bağlı çıxış ediblər.