date saat
Next PauseResume Prev |
>
>
Naxçıvanda “Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev” mövzusunda elmi-praktik konfrans keçirilib. Vəkilliyin institutunun inkişafı ilə bağlı bir çox mövzular müzakirə edilib.
Martın 10-da Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev” mövzusunda elmi-praktik konfrans keçirilib.
Naxçıvan şəhərində baş tutan konfransda ilk olaraq Dövlət Himni və vəkil marşı səsləndirilib, şəhidlərimizin əziz xatirəsi yad edilib.