date saat
Next PauseResume Prev |
Martın 30-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən Ordubad rayonunda “Açıq qapı” günü keçiriləcək.
Ordubad Rayon Məhkəməsinin inzibati binasında baş tutacaq “Açıq qapı” günündə nazirliyin fəaliyyət istiqamətlərinə uyğun hüquqi yardım göstəriləcəkdir
Martın 13-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən növbəti “Açıq qapı” günü Culfa rayonunda təşkil edilib. Həmin rayonda yerləşən məhkəmənin inzibati binasında nazirliyin əməkdaşlarına müraciət edən vətəndaşlara hüquqi yardım göstərilmiş, onlara problemlərinin həll olunmasının yolları izah edilmiş, maraqlandıqları suallara aydınlıq gətirilmişdir.