date saat
Noyabrın 27-də Ədliyyə Nazirliyi və İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının birgə təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün seminar keçirilmişdir. Seminarı giriş sözü ilə Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat şöbəsinin rəisi, ədliyyə müşaviri Səyyub Kərimov açaraq tədbirin əhəmiyyəti barədə məlumat vermişdir.
Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin baş məsləhətçisi Asiman Abbasov “Qeyri-hökümət təşkilatlarının fəaliyyəti, ianə və qrantlarla bağlı qanunvericiliyin tələbləri” mövzusunda çıxış edərək qeyri-hökümət təşkilatlarının fəaliyyəti barədə məlumat vermişdir. Bildirmişdir ki, qeyri-hökümət təşkilatarının fəaliyyəti “Qeyri-hökümət təşkilatları (birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanuna əsasən QHT-lərin maliyyələşmə mənbələri içərisində qrantlar və ianələrin əldə edilməsi mühüm yer tutur.
“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 3 aprel 2019-cu il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar noyabr ayının 19-da Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin hüquqşunaslıq ixtisası üzrə birinci kurs tələbələri “Ədliyyə könüllüləri” layihəsi çərçivəsində Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsində, Naxçıvan şəhər 3 saylı notariat ofisi və Naxçıvan Şəhər Qeydiyyat Şöbəsində olmuşlar.
Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsində olan tələbələr qurumun iş fəaliyyəti ilə yaxından tanış olaraq icra işlərinin aparılmasında iştirak etmişlər. İcra sahəsində aparılan kargüzarlıq işi, icra məmurlarının qəbul etdiyi qərarlar, tərəflərin icra işi üzrə məsuliyyəti barədə tələbələrə geniş məlumat verilmişdir.Təcrübədə olan tələbələrə vətəndaşların müraciətlərinə baxılmasına dair qanunvericiliyin tələbləri izah olunmuşdur.
Noyabrın 13-də nazirliyin aparatının və Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşlarının iştirakı ilə “İşçilərin bilik səviyyəsinin artırılması və nizam-intizamın gücləndirilməsi”mövzusunda seminar keçirilmişdir. Seminarı giriş sözü ilə Təşkilat-nəzarət şöbəsinin rəisi ədliyyə müşaviri Səttar Zamanov açaraq “Nizam-intizamın gücləndirilməsi ilə bağlı qarşıya qoyulan vəzifələr” mövzunda çıxış etdi. Qeyd olunan mövzu ilə bağlı əsas məqamlar diqqətə çatdırılaraq məlumat verildi ki, mütəmadi olaraq əməkdaşların maarifləndirilməsi həyata keçirilir, hər bir ədliyyə işçisinin etik davranış qaydalarına, nizam-intizama əməl etmələrinə nəzarət edilir və bu istiqamətdə tədbirlər görülür. Nazirlik sistemində çalışan hər bir əməkdaşın nizam-intizama riayət etməsi, öz üzərində işləməsi və maariflənməsi işi gələcək fəaliyyətində çox önəmlidir. Etik davranış və intizam qaydalarının pozulması qanunvericiliklə müəyyən olunmuş intizam məsuliyyətinə səbəb olur. Hər bir əməkdaş vətəndaşlarla ünsiyyətdə nəvazişli, ehtiramlı olmalı, istər iş vaxtı, istərsə də iş fəaliyyətindən kənarda davranışlarına diqqət yetirməlidirlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 03 aprel 2019-cu il tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamı ilə bağlı Ədliyyə Nazirliyinin üzərinə düşən vəzifələrə uyğun olaraq 30-31 oktyabr tarixlərində Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakultəsinin hüquqşünaslıq, dövlət və bələdiyyə idarəetməsi ixtisasının ikinci kurs tələbələri nazirliyin Penitensiar Xidmətində, Məhkəmə Ekspertizası Mərkəzində, İcra və probasiya şöbəsində, Bələdiyyələrlə iş mərkəzində, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsində, Əliabad bələdiyyəsində olmuşlar. İki günlük təcrübə müddətində tələbələr bu qurumların iş fəaliyyəti ilə tanış olmuş, gündəlik iş prosesində iştirak etmiş, maraqlandıqları sahələr barədə ətraflı məlumat almışlar.