date saat
Fevralın 1-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İcra və probasiya şöbə və bölmələrinin əməkdaşlarının iştirakı ilə 2019-cu ilin yekunlarına dair nazirlikdə keçirilən kollegiyadan irəli gələn vəzifələrlə əlaqədar xidməti müşavirə keçirilmişdir. Müşavirədə ötən dövr ərzində görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Müşavirəni giriş sözü nazir müavini ədliyyə müşaviri Emin Səfərov açaraq qeyd edib ki, məhkəmə qərarlarının icrası əsas vəzifələrimiz olmaqla daim diqqət mərkəzində saxlanılır. Daxil olan icra işlərinin icrasını təmin etmək üçün bütün imkanlardan istifadə olunur.
Nazirliyin İcra və probasiya şöbəsinin rəisi baş ədliyyə müşaviri Emin Kazımov çıxış edərək bildirib ki, hesabat dövrü ərzində icra və probasiya şöbə və bölmələrinin icraatına 3547 icra sənədi daxil olmuş, bunlardan 1556 icra sənədi tam icra olunmuş, 1653 icra sənədi icraya yönəlmiş, 93 icra sənədi geri qaytarılmış, 195 icra sənədi ərazi aidiyyəti üzrə göndərilmiş, 1 icra sənədi tələbkarın ərizəsinə əsasən dayandırılmış, 49 nəfər borclu barəsində axtarış qərarı verilmişdir. Ötən illərdən icrası davam etdirilən 2159 icra sənədi tam icra olunmuşdur. İcra işləri üzrə 210 borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmış, 373 borclunun üzərinə qoyulmuş məhdudiyyət götürülmüşdür. Öhdəliklərini yerinə yetirməyən 23 nəfər borclu inzibati qaydada həbs edilmişdir.
Muzeylər tarixin müəyyən məqamını özündə yaşadan, ötən dövrün müxtəlif olaylarından xəbər verən, eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinə sayılır. Muzeylər sadəcə olaraq qiymətli əşyaların, maddi sərvətlərin saxlanıldığı yer deyil, əslində elm, maarif müəssisəsidir. Tariximizin, mədəniyyətimizin təbliğ olunmasında, insanların maarifləndirilməsində muzeylərin əvəzsiz rolu vardır.
Yanvarın 24-də Məhkəmə Ekspertizası Mərkəzində 2019-cu ilin yekunlarına dair Ədliyyə Nazirliyində keçirilən kollegiyadan irəli gələn vəzifələrlə əlaqədar müşavirə keçirilmişdir. Müşavirədə ötən dövr ərzində görülən işlər təhlil olunmuş, qarşıda duran vəzifələrin icrası istiqamətində tapşırıqlar verilmişdir.
Məhkəmə Ekspertizası Mərkəzinin rəisi ədliyyə müşaviri Rafiq Cəfərov çıxış edərək bildirib ki, 2019-cu il ərzində ekspertiza aparılması üçün mərkəzə 249 iş daxil olmuşdur. Məhkəmə ballistik ekspertizası üzrə 15, trasoloji ekspertizası üzrə 9, daktiloskopik ekspertizası üzrə 12, xətşünaslıq ekspertizası üzrə 18, sənədlərin məhkəmə texniki ekspertizası üzrə 2, farmpreparatların, sintetik təbiətli narkotik vasitələrin və psixotrop maddələrin ekspertizası üzrə 29, bitki mənşəli obyektlər və onlardan hazırlanmış narkotik vasitələrin ekspertizası üzrə 7, yol-nəqliyyat hadisələri ekspertizası üzrə 21, əmtəəşünaslıq ekspertizası üzrə 32, mühasibatlıq ekspertizası üzrə 68, tikinti-texniki ekspertizası üzrə 22, psixoloji ekspertizası üzrə 14 ekspertiza işi daxil olmuşdur.
Yanvarın 10-da Ədliyyə Nazirliyində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci çağırış onbirinci sessiyasından irəli gələn vəzifələrə və nazirlikdə 2019-cu il ərzində görülən işlərə dair kollegiya iclası keçirilib.
Kollegiyanı Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev açaraq gündəliyi və reqlamenti elan edib. Nazir çıxışında bildirib ki, hər il olduğu kimi nazirlik əsas fəaliyyət istiqamətlərindən olan hüquqi maarifləndirmə, hüquqi təbliğat və profilaktika işini davam etdirmişdir. Hesabat dövründə muxtar respublikanın şəhər və rayonlarında bələdiyyə fəaliyyəti ilə bağlı 16, notariat və qeydiyyat fəaliyyəti ilə bağlı 8, icra və probasiya xidməti ilə bağlı 6 tədbir keçirilmişdir.
Hesabat ilində nazirliyin rəsmi elektron səhifəsi yenilənərək istifadəyə verilmişdir. Yenilənən saytda nazirliyin fəaliyyət istiqamətləri və görülən işlər barədə ictimaiyyətin daha dolğun və operativ şəkildə məlumatlandırılması təmin edilmişdir. Nazirliyin rəsmi elektron səhifəsində ədliyyə fəaliyyətinə dair 78 xəbər formatlı yazı və fotoşəkillər yerləşdirilmişdir. Hüquqi Aktların Dövlət Reyestrinə 142 hüquqi akt daxil edilmişdir ki, onlardan 75-i normativ, 67-i isə qeyri-normativ hüquqi aktlardır.