date saat
Bu gün ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, cəmiyyətdən təcrid etmədən islah olunma metodlarının təşkil edilməsi diqqət mərkəzində saxlanılır. Qanunun aliliyini rəhbər tutaraq aparılan islahatlar nəticəsində cəza siyasətinə, cinayət qanunvericiliyinə, məhkumların hüquqlarının təminatı məsələlərinə baxışın yenilənməsi sahəsində mühüm uğurlar əldə edilmişdir. Penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi nəticəsində mütərəqqi vasitələrin tətbiqi genişlənmişdir.
“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının məqsədlərindən biridə cinayət törətmiş şəxslərin cəmiyyətdən təcrid olunmadan islah edilməsi üçün şəraitin yaradılmasından ibarətdir. Respublikamızda penitensiar sahənin inkişafına doğru aparılan islahatlara uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 may 2018-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin probasiya sahəsində fəaliyyət istiqaməti yaradılmışdır.
Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi rayon (şəhər) məhkəmələrinin kollektivi ilə birlikdə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20400 manat vəsait köçürüb.
Ədliyyə fəaliyyətinin əsas istiqamətlərindən biri də məhkəmə ekspertizası işinin təşkil edilməsidir. Cinayətkarlıqla mübarizədə və ədalət mühakiməsinin həyata keçirilməsində bu sahə mühüm əhəmiyyətə malikdir. Ekspertizaların tam, dolğun şəkildə tədqiqi üçün müasir texniki avadanlıqların olması vacib amillərdən biridir. Muxtar respublika rəhbərliyi tərəfindən ədliyyə sisteminin inkişafına göstərilən diqqət və qayğı ekspertiza sahəsini də əhatə etmişdir. Görülən tədbirlər çərçivəsində Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyəti təkmilləşdirilib, maddi-texniki bazası möhkəmləndirilib və mərkəz ixtisaslaşmış aparıcı şirkətlərin istehsalı olan müasir kriminalistik avadanlıqlarla təchiz olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İcra və probasiya şöbə və bölmələrinin əməkdaşlarının iştirakı ilə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qarşıya qoyulan vəzifələrin icrasıyla əlaqədar xidməti müşavirə keçirilib.
Müşavirədə Ədliyyə naziri II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev çıxış edərək bildirib ki, 24 fevral 2020-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış birinci sessiyasında bütün dövlət orqanlarının, o cümlədən Ədliyyə Nazirliyinin qarşısına mühüm vəzifələr qoyulub. Qarşıya qoyulan vəzifələrin icrasıyla əlaqədar nazirlik tərəfindən maarifləndirmə diqqətdə saxlanılmalı, məhkəmə qərarlarının vaxtında icrasına diqqət yetirilməli və bələdiyyələrin fəaliyyətinə nəzarət düzgün təşkil olunmalıdır.
Nazir 2020-ci ilin ötən iki ayı ərzində görülən işlərin statistikası haqqında məlumat verərək bildirib ki, nazirliyin icra və probasiya şöbə və bölmələrinin icraatına 2020-ci ilin yanvar və fevral ayları ərzində 610 icra sənədi daxil olmuşdur. Bunlardan 233 icra sənədi tam icra olunmuş, 348 icra sənədi icraya yönəlmiş, 15 icra sənədi geri qaytarılmış, 14 icra sənədi ərazi aidiyyəti üzrə göndərilmiş və 3 nəfər borclu barəsində axtarış qərarı verilmişdir.