date saat
Ədliyyə Nazirliyi tərəfindən əsas fəaliyyət istiqamətlərindən biri olan məhkəmə qərarlarının icrası daim diqqət mərkəzində saxlanılır. İcra orqanlarının fəaliyyətinə köməklik göstərilməsi, icradan yayınan borclular barədə profilaktik tədbirlərin görülməsi məqsədilə nazirliyin aidiyyatı şöbə və bölmələrinin əməkdaşları yerli icra və probasiya qurumlarında olurlar.
Borclularla növbəti profilaktiki tədbir Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsində təşkil edilmişdir. İcradan yayınan borclularla aparılan söhbət zamanı onlara icra sənədi üzrə tələbin qəsdən və ya vaxtında icra edilməməsinin, tələbin icrasına maneçilik törətmənin yaratdığı inzibati və cinayət məsuliyyəti barədə məlumat verilmiş, qanunvericiliyin tələbləri izah edilmişdir.
Ədliyyə Nazirliyinin mühüm vəzifələrindən biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 27 iyul tarixli Fərmanı ilə yaradılan Hüquqi Aktların Dövlət Reyestrinin aparılması istiqamətindədir. 2012-ci il yanvarın 1-dən başlayaraq muxtar respublikada reyestrin aparılması və idarə olunması nazirlik tərəfindən həyata keçirilir. Reyestrin yaradılması muxtar respublikamızda bu sahədə müasir texnologiyanın inkişafının bariz nümunəsidir. Reyestrin fəaliyyətə başlaması, formalaşdırılması və aparılması üçün zəruri tədbirlər həyata keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən hamiliyə götürülmüş Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə tələbələri ilə onlayn görüş təşkil olunub.
Qeyd olunub ki, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 03 aprel 2019-cu il tarixli Sərəncamının icrası diqqətdə saxlanılmaqla ötən müddətdə hami təşkilatla universitet arasında mütəmadi görüşlər keçirilmişdir. Vurğulanıb ki, artıq ötən ildən tələbələr ədliyyə orqanlarında “Ədliyyə könüllüləri” proqramı istiqamətində həyata keçirilən layihələrdə yaxından iştirak edirlər. Bugünkü onlayn görüşün də əsas məqsədi könüllü tələbələrin ədliyyə sahəsindəki bilik və bacarıqlarını daha da artırmaq və təkmilləşdirməkdən ibarətdir.
Məhkəmə qərarlarının icrası hüququ pozulmuş vətəndaşların hüquqlarının təmin edilməsində vacib amildir. Ədliyyə Nazirlyi tərəfindən qərarların qanunvericiliklə müəyyən edilmiş müddətdə tam icrası daim diqqətdə saxlanılır. Hər il tərtib olunan iş planına məhkəmə qərarlarından yayınan borclular barədə zəruri profilaktik tədbirlərin görülməsi üçün müvafiq bəndlər əlavə olunur.
Nazirliyin 2020-ci ilə dair iş planına uyğun olaraq İstintaq bölməsi İcra və probasiya şöbəsi ilə birlikdə yerli icra və probasiya qurumlarına köməklik göstərmək və icradan yayınma hallarının qarşısının alınması üçün borclular barədə profilaktik tədbirlər görmək məqsədilə Babək rayon İcra və probasiya şöbəsində olmuşlar. Nazirliyin əməkdaşları tərəfindən Babək rayon İcra və probasiya şöbəsinin icraatında olan aliment və pul tələbinə dair icra sənədləri üzrə icradan yayınan borclularla profilaktik söhbətlər aparılmış, icra sənədi üzrə tələbin qərəzli olaraq icra edilməməsi və ya tələbin icrasına maneçilik törətmənin yaratdığı inzibati və cinayət məsuliyyəti barədə ətraflı məlumat verilmiş, qanunvericiliyin tələbləri izah edilmişdir.