date saat
Avqustun 8-də nazirliyin İcra və probasiya şöbə və bölmələrinin əməkdaşlarının iştirakı ilə 2020-ci ilin altı ayı ərzində bu sahədə görülmüş işlər və qarşıda duran vəzifələrə dair xidməti müşavirə keçirilmişdir. Müşavirədə hesabat dövrü ərzində görülən işlərin geniş təhlili aparılmış, işlər üzrə icra olunma faizinin yüksəldilməsi, icra işlərinin həyata keçirilməsi zamanı yaranan çətinliklər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
Ədliyyə naziri baş ədliyyə müşaviri Daşqın Rəhimov müşavirəni giriş sözü ilə açaraq bildirmişdir ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci və üçüncü sessiyalarında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən nazirliyin üzərinə qoyulan vəzifələrdən biri də məhkəmə qərarlarının vaxtında icra olunmasını diqqətdə saxlanılması olmuşdur. Hesabat dövrü əsas fəaliyyət istiqamətlərimizdən olan məhkəmə və digər orqanların qərarlarının icrasının vaxtında və dürüst təmin edilməsinə də nəzarət artırılmışdır. Nazirliyin İcra və probasiya şöbəsinin əməkdaşlarından ibarət yaradılmış işçi qrup üzərinə götürdüyü icra sənədlərinin icrasına köməklik göstərilməsini davam etdirmiş, yerli icra və probasiya qurumların işlərinə metodiki və əməli köməklik göstərilmişdir. Bu sahədə vətəndaş müraciətlərinə xüsusi həssaslıqla yanaşılmış, hər bir müraciət diqqətlə öyrənilmiş, qanunamüvafiq və operativ qaydada həlli üçün konkret tədbirlər görülmüşdür. Eyni zamanda vətəndaşların nazirlikdə qəbulu həyata keçirilmiş, müraciətləri araşdırılaraq onlara lazimi köməkliklər göstərilmişdir.
Ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi, məhkəmələrin cəmiyyətdəki statusunun qorunması, eləcədə insan hüquq və azadlıqlarının etibarlı təminatı baxımından məhkəməvə digər orqanların qərarlarının icrası vacibdir. Məhkəmə icraatının davamı və son mərhələsi olan məhkəmə qərarlarının icrası ədalət mühakiməsinin tərkib hissəsidir. Azərbaycan Respublikası Konstitusiyasında məhkəmə qərarlarının icra edilməməsinə görə məsuliyyət təsbit olunmuş, qanunvericilik əsaslı şəkildə yenilənərək təsirli icra mexanizmləri yaradılmış, icra məmurlarının səlahiyyətləri genişləndirilmiş, məhkəmə və digər orqanların qərarlarının icra edilməməsinə görə inzibati və cinayət məsuliyyəti sanksiyaları sərtləşdirilmişdir. Eyni zamanda, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması mexanizmi təkmilləşdirilmişdir. Nəticədə vətəndaşların hüquq və qanuni mənafelərinin qorunması sahəsində köklü dəyişikliklərə nail olunmuş, qanunvericilik əsaslı surətdə yenilənmişdir.
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasından irəli gələn vəzifələrə və Ədliyyə Nazirliyində 2020-ci ilin birinci yarımili ərzində görülən işlərə dair keçirilən kollegiya iclasında Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri baş ədliyyə müşaviri Daşqın Rəhimov geniş məruzə ilə çıxış etmişdir.
Qeyd etmişdir ki, hesabat dövründə nazirlikdə və tabe qurumlarda maarifləndirmə və profilaktika tədbirləri ön planda saxlanılmış, məhkəmə qərarlarının vaxtında icrasına diqqət yetirilmiş, bələdiyyələrin fəaliyyətinə nəzarət artırılmış, bələdiyyə orqanlarına zəruri metodiki köməkliklər göstərilmişdir.
İcra və probasiya şöbə və bölmələrinin icraatına 1507 icra sənədi daxil olmuş, bunlardan 600 iş tam icra olunmuş, 816 iş icraya yönəlmiş, 43 iş geri qaytarılmış, 48 iş ərazi aidiyyəti üzrə göndərilmişdir. 101 borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmış, 96 borclunun üzərinə qoyulmuş məhdudiyyət götürülmüşdür.
Dəyirmi masa keçirilmişdir.
Muxtar respublikamızda həyata keçirilən sosial-iqtisadi inkişaf tədbirlərinin mühüm hissəsini torpaqlardan səmərəli istifadə təşkil edir. Çünki torpaqlardan təyinatı üzrə istifadə olunması belə tədbirlərin vacibliyi ilə yanaşı, müxtəlif sahələr üzrə müsbət nəticələrin əldə olunmasına da zəmin yaradır. Bu baxımdan bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadə də günümüzün aktual məsələlərindəndir. Xüsusilə bələdiyyə torpaqlarının icarəyə verilməsi ilə bağlı hansı qaydalara əməl olunmalıdır? Qanunvericilikdə bununla bağlı hansı normativ-hüquqi qaydalar mövcuddur? Qonaqlarımızla bu məsələləri müzakirə edəcəyik. Mövzu ilə bağlı suallarımızı redaksiyamızın qonaqları – Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi vəzifəsini müvəqqəti icra edən, I dərəcəli ədliyyə qulluqçusu Xəyal Eyvazov, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Xaliq Abbasov və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Yerquruluşu, geodeziya, xəritəçəkmə və torpaq ehtiyatlarından istifadəyə nəzarət sektorunun müdiri Oqtay Məmmədovdur.
– Hər birinizi redaksiyamızda salamlayırıq. Xəyal müəllim, ilk olaraq sizdən başlayaq. Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi qanunvericilikdə necə təsbit olunub ?