date saat
Ad insan həyatında mühüm əhəmiyyət kəsb edən amillərdəndir. Buna görə də uşaq böyüyəndə öz adı haqqında düşünməyə başlayır, valideynlərinin nə üçün bu adı seçdikləri onda maraq doğurur və adının mənasını öyrənməyə, axtarmağa çalışır, bəzən adından utanır. Ad yaxşı olarsa, təbii ki, uşaq da bu adın təsiri altında böyüyəcək, ona layiq olmağa çalışacaq.
Yeni doğulmuş uşaqlara ad seçimi ilə bağlı qanunvericiliyin öz tələbləri vardır. BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasında uşağın doğulduqdan dərhal sonra ad almaq hüququna malik olduğu göstərilir. Azərbaycan Respublikası Mülki Məcəlləsində isə göstərilir ki, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı almaq hüququ vardır. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Qanunla nəzərdə tutulmuş hallarda və qaydada fiziki şəxs təxəllüsdən (uydurma addan) istifadə edə bilər. Qeyd edək ki, fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır və adını dəyişdirməsi onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir.
Ad insanı geniş insan kütləsi arasında, o cümlədən mülki hüquq münasibətlərində fərdiləşdirən bir vasitədir. Tarixən insanlara anadan olduqları vaxtdan müəyyən ad verilir və həmin şəxs bu ad altında yaşayıb fəaliyyət göstərir. Adsız fəaliyyət göstərən şəxs olur, lakin adsız insan olmur. Belə ki, müəllif öz əsərini adsız (anonim) yaya bilər, lakin bu o demək deyildir ki, onun müəyyən adı yoxdur.
12 avqust 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı avqustun 17-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində müşavirə keçirilmişdir.
Müşavirəni giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri baş ədliyyə müşaviri Daşqın Rəhimov açaraq bildirmişdir ki, 12 avqust 2020-ci il tarixdə keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov muxtar respublikanın qışa hazırlığını təhlil etmiş, görüləcək işlərlə bağlı müvafiq tapşırıqlar vermişdir.
Avqustun 13-də Məhkəmə Ekspertizası Mərkəzində 2020-ci ilin birinci yarımilində görülən işlər və qarşıda duran vəzifələrə dair xidməti müşavirə keçirilmişdir. Müşavirədə hesabat dövrü ərzində daxil olan ekspertiza işlərinin geniş təhlili aparılmış, ekspertlərin peşə hazırlığı, ekspertiza işlərinin həyata keçirilməsi zamanı yaranan çətinliklər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
Ədliyyə naziri baş ədliyyə müşaviri Daşqın Rəhimov müşavirəni giriş sözü ilə açaraq qeyd etmişdir ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən nazirliyin üzərinə qoyulan vəzifələrdən biri də Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyətinin diqqətdə saxlanılması olmuşdur. Hesabat dövrü ərzində mərkəzdə aparılan ekspertiza işlərinin keyfiyyətinin yüksəldilməsinə diqqət artırılmış, istintaq və məhkəmə orqanları ilə səmərəli əməkdaşlıq təşkil olunmuşdur. Həmin orqanlardan daxil olmuş ekpertiza işləri müddət pozulmadan tədqiq edilərək adiyyəti üzrə göndərilmişdir. Eyni zamanda ekspertizaların tam və obyektiv aparılması məqsədilə metodiki məktubların məhkəmələrə göndərilməsi davam etdirilmişdir. Muxtar respublika rəhbərliyinin diqqət və qayğısı nəticəsində dövlət vəsaiti hesabına ehtiyac olan texniki avadanlıqlar alınaraq ekspertlərin istifadəsinə verilmişdir.
Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətlərindən olan yerli özünüidarə orqanlarına metodiki köməklik göstərmək işi ardıcıl olaraq davam etdirilir. Bələdiyyələrin işinin daim təkmilləşdirilməsinə, fəaliyyətlərinin daha səmərəli həyata keçirilməsinə xüsusi diqqət yetirilir. Muxtar respublikada uğurla həyata keçirilən demokratik və hüquqi islahatlar nəticəsində son illər böyük sosial-iqtisadi tərəqqi əldə olunmuş, dinamik inkişaf həyatımızın bütün sahələrini əhatə etmişdir. Bələdiyyə orqanları da müasir tipli yeni inzibati binalarda iş şərati ilə təmin olunmuşlar.
Ədliyyə Nazirliyi tərəfindən mütəmadi olaraq bələdiyyələrə metodiki köməkliklər göstərilir, onlara metodiki vəsaitlər, kitablar paylanılır və tövsiyə məktubları göndərilir. Bələdiyyə fəaliyyətini əhatə edən vəsaitlərin və kitabların paylanmasının məqsədi bələdiyyə üzvlərinin və qulluqçularının qanunvericilik aktlarının tələbləri barədə məlumatlandırılması və öz fəaliyyətlərində tətbiq etməsidir.