date saat
Ədliyyə Nazirliyinin aparatının və Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşlarının iştirakı ilə sosial məsafə qaydaları gözlənilməklə ayrılıqda tədris saatları təşkil edilmişdir. Tədris saatlarında nizam-intizam qaydalarının möhkəmləndirilməsi, etik davranış qaydalarına əməl olunması, icra və əmək intizamına riayət edilməsi əməkdaşların diqqətinə çatdırılmışdır.
Təşkilat-nəzarət şöbəsinin rəisi baş ədliyyə müşaviri Səttar Zamanov mövzu ilə əlaqədar əsas məqamları iştirakçıların diqqətə çatdırmışdır. Bildirmişdir ki, mütəmadi olaraq ədliyyə qulluqçularının maarifləndirilməsi həyata keçirilir, hər bir ədliyyə işçisinin etik davranış qaydalarına, nizam-intizama əməl etmələrinə nəzarət edilir və bu istiqamətdə tədbirlər görülür. Nizam-intizama riayət edilməsi, işçilərin öz üzərində işləməsi və maariflənməsi nazirlik sistemində çalışan hər bir əməkdaşın qarşısına qoyulan əsas vəzifələrdən biridir. Əməkdaşların istər xidməti, istərsə də xidmətdən kənar davranış qaydalarına əməl etməsi, eyni zamanda fəaliyyəti ilə bağlı müntəzəm olaraq təhlillər aparılır.
Bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatlı torpaqların icarəyə verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarətin artırılması məqsədilə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşlarından ibarət yaradılmış işçi qrup öz fəaliyyətini Ordubad rayonunda davam etdirmişdir. Belə ki, işçi qrup Ordubad rayon icra hakimiyyəti nümayəndələrinin də iştirakı ilə rayon üzrə fəaliyyət göstərən bələdiyyələrdə olaraq bələdiyyə sədrləri ilə görüşmüş, bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatlı torpaqlara baxış keçirməklə qanunvericiliyə uyğun icarəyə verilməsinin monitorinqini həyata keçirmişlər. Monitorinq zamanı qeyd olunmuşdur ki, dövlət səviyyəsində aqrar sahədə həyata keçirilən islahatlar və bu sahəyə göstərilən diqqət və qayğı istehsalçıların yeni nailiyyətlər qazanmasına şərait yaradır.
Avqustun 21-də Məhkəmə Ekspertizası Mərkəzinin təşkilatçılığı və muxtar respublika üzrə rayon (şəhər) və ixtisaslaşdırılmış məhkəmələrin əməkdaşlarının iştirakı ilə “Məhkəmələr tərəfindən təyin edilən ekspertizaların əhəmiyyəti” mövzusunda onlayn seminar keçirilmişdir. Seminarın keçirilməsində məqsəd məhkəmələr tərəfindən təyin edilən ekspertizalar zamanı müvafiq sənədləşmə işinin düzgün tərtib edilməsinə köməklik göstərmək olmuşdur.
Seminarı giriş sözü ilə Məhkəmə Ekspertizası Mərkəzinin rəisi ədliyyə müşaviri Rafiq Cəfərov açaraq mərkəzdə həyata keçirilən ekspertizalar haqqında umumi məlumat vermişdir. Qeyd etmişdir ki, ekspertizaların aparılmasına dair müvafiq məhkəmələrə mütəmadi olaraq tövsiyə məktubları hazırlanaraq göndərilir. Zəruri hallarda hakimlərin dəvəti ilə ekspertlərin məhkəmə baxışı zamanı proseslərdə iştirakı təmin olunur.
Hər bir xalqın özünəməxsus ənənələri və dəyərləri mövcuddur. Ailə institutu da bizim cəmiyyətdə əvəzolunmaz dəyərdir. Çünki hər bir insanın şəxsiyyət kimi yetişməsində böyük rol oynayır. Ailə ictimai həyata öz təsirini göstərməklə yanaşı, uşaqların tərbiyəsində, şəxsiyyətin formalaşmasında, humanizm və vətənpərvərlik kimi hisslərin aşılanmasında həlledici amildir. Hər bir şəxsin sonrakı taleyi, həyatda tutacağı mövqe ailə tərbiyəsi ilə bilavasitə bağlıdır. Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan Konstitusiyada göstərilir ki, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir.Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin, xalqın milli-mənəvi dəyərləri, adət-ənənələri və hüquq düşüncəsi nəzərə alınaraq Azərbaycan Respublikasının Ailə Məcəlləsi qəbul edilmişdir.