date saat
Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi muxtar respublikada bələdiyyə orqanları tərəfindən qanunçuluğa tam əməl edilməsi, onların fəaliyyətinə inzibati nəzarətin yüksək səviyyədə həyata keçirilməsi istiqamətində maarifləndirmə tədbirlərini mütəmadi olaraq davam etdirir.
Bu məqsədlə aprel ayının 7-də nazirliyin Bələdiyyələrlə iş mərkəzinin əməkdaşları vəzifələrinin icrası ilə əlaqədar olaraq Sədərək rayonunda bələdiyyə orqanlarında görüşlər keçirib və kargüzarlıq işinin düzgün aparılması ilə bağlı lazimi tövsiyələr veriblər. Görüşlərdə bələdiyyə sədrlərinə və qullluqçularına jurnal və qovluqların işlənilmə qaydaları izah olunub, onlara zəruri metodiki köməkliklər göstərilib. Bələdiyyə sədrlərinə qanunvericiliyin tələbləri izah edilib, yol verilmiş nöqsanların və çatışmazlıqların aradan qaldırılması yolları göstərilib və onların təkrar edilməməsi tövsiyə edilib.
Aprel ayının 7-dən başlayaraq “Naxçıvanqala“ Tarix-Memarlıq Muzey Kompleksində “Kətə” festivalı keçirilir. Festivalda Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər tərəfindən hazırlanan əl işlərindən ibarət sərgi-satış təşkil edilib. Həmin sərgidə məhkumlar tərəfindəm taxtadan və duzdan hazırlanmış müxtəlif suvenirlər, stollar, oturacaqlar və digər əl işlərindən ibarət məhsullar sərgilənir. Qeyd edək ki, festival 7-8 aprel tarixləri arasında keçiriləcək. Festivalda cəzaçəkmə müəssisələrin də istehsal edilmiş məhsullardan ibarət sərgi insanlar tərəfindən maraqla qarşılanır, bu isə öz növbəsində istedadlı məhkumlara ərsəyə gətirdikləri əl işlərinin artırılmasına stimul verir.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin sağlamlığının qorunması, onların tibbi təminatının yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq ardıcıl tədbirlər həyata keçirilir. Belə ki, müxtəlif yoluxucu xəstəliklərin cəzaçəkmə müəssisələrinə keçməsinin qarşısının alınması istiqamətində də mütəmadi olaraq tədbirlər görülür.
Aprelin 7-də “Ümumdünya Sağlamlıq Günü” münasibətilə cəzaçəkmə müəssisələrində və Mühafizə Taburunda kompleks dezinfeksiya işləri həyata keçirilib. Məhkum və həbs edililmiş şəxslərin, eləcə də səxsi heyətin istifadə etdikləri inzibati binalar və ərazilər, sanitar qovşaqlar, yeməkxanalar, yataqxanalar Kəngərli rayon Gigiyena və Epidemioloji Mərkəzinin əməkdaşları tərəfindən dərmanlanıb.
Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizənin gücləndirilməsi, xüsusilə cəzanın labüdlüyü prinsipinin təmin edilməsi üzrə önəmli tədbirlər görülür, effektiv beynəlxalq əməkdaşlıq həyata keçirilir.
Cinayətkarlıqla qlobal mübarizədə fəal iştirak edən ölkəmiz bu sahədə beynəlxalq əməkdaşlığın səmərəsinin artırılması, müvafiq konvensiyaların təkmilləşdirilərək müasir çağırışlara uyğunlaşdırılması ilə bağlı öz töhfəsini verir, Ədliyyə Nazirliyi tərəfindən təkliflər irəli sürülür, o cümlədən yeni müqavilələrin hazırlanmasında yaxından iştirak edilir.
Ötən il dövlətimiz tərəfindən "Ekstradisiya haqqında" Avropa Konvensiyasının təslimetmə prosedurunun effektivliyinin artırılmasına xidmət edən Dördüncü Əlavə Protokolu ratifikasiya olunub, bu sahədə səmərəli əməkdaşlıq aparılır.
Eyni zamanda “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasının müvafiq sorğuların elektron qaydada göndərilməsini, dindirmələrin videokonfrans vasitəsilə aparılmasını, Konvensiyanın əhatə dairəsinin genişləndirilməsini və s. məsələləri özündə ehtiva edən İkinci Əlavə Protokolunun cinayətkarlıqla mübarizədə səmərəliliyin və operativliyin artırılmasında əhəmiyyəti nəzərə alınaraq Azərbaycan tərəfindən həmin sənədə qoşulması qərara alınıb.