date saat
“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasında qanunvericiliyin tələbləri” mövzusunda növbəti seminar Şahbuz rayonunda təşkil edilmişdir. İnzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə keçirilən tədbiri Şahbuz Rayon İcra Hakimiyyətinin aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Söhrab Kərimov açaraq seminarın keçirilməsinin əsas məqsədini diqqətə çatdırıb.
Notariat bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən ədliyyə müşaviri Zülfü İsmayılov “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı zamanı qanunvericiliyin tələbləri” mövzusunda çıxış edərək bildirib ki, bu sahədə aparılan əməliyyatlar zamanı qanunvericiliyin tələblərinə riayət edilməsi əsas vəzifələrimizdəndir. Əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, nöqsanlara yol verilməməsi və aparılan əməliyyatlar zamanı kargüzarlıq qaydaları ilə bağlı qanunvericiliyin tələblərinin gözlənilməsi qarşıya qoyulan əsas tələbdir. İcra nümayəndələri də öz növbəsində səlahiyyətlərinə aid olan doğumun, ölümün, nikahın qeydiyyatı zamanı qanunvericiliyin tələblərinə əməl etməli, kargüzarlıq qaydaları qorunmalıdır.
Qanunvericiliyin tələbləri əsasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi muxtar respublika ərazisində fəaliyyət göstərən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti təşkil edir və onlara metodoloji yardım göstərilməsi sahəsində tədbirləri davam etdirir. Bu məqsədlə bələdiyyə orqanlarına metodiki köməklik göstərilir, bələdiyyə sədrlərinin və üzvlərinin iştirakı ilə maarifləndirmə tədbirləri keçirilir, eləcə də onlar zəruri metodiki vəsaitlərlə təmin olunurlar. Bu sahədə görülən işlərin davamı olaraq növbəti tədbir Culfa rayonunda həyata keçirilmişdir. Rayon üzrə fəaliyyət göstərən bələdiyyələrin kargüzarlıq sənədlərinə baxış keçirilmiş və görülən işlər barədə onlara hüquqları izah edilmiş, lazimi metodiki tövsiyələr verilmişdir. Eyni zamanda bələdiyyə sədrlərinə “Metodik sənədlər toplusu”, “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin səmərəli təşkili və yerquruluşu işlərinin aparılması məqsədi ilə tədbirlərin görülməsinə dair”, “Qəbiristanlıqların saxlanılması və idarə olunması haqqında yaddaş kitabçası” və “Bələdiyyə üzvünün yaddaş kitabçası” adlı metodiki vəsaitlər təqdim edilmişdir.
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən qeydiyyat şöbələrində 2020-ci ilin müvafiq dövründə görülmüş işlər və qarşıda duran vəzifələrə dair xidməti müşavirə keçirilmişdir.
Müşavirəni giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri baş ədliyyə müşaviri Daşqın Rəhimov açaraq bildirib ki, vətəndaşlıq vəziyyəti aktlarının həyata keçirilməsi nazirliyin əsas fəaliyyət istqamətlərindəndir. Vətəndaşlıq vəziyyəti aktları rəsmiləşdirilərkən qanunvericiliyin tələbləri nəzərə alınmalı və qeydiyyat şöblərinə müraciət edən vətəndaşların qanuni mənafeləri qorunmalıdır. Vurğulanıb ki, aparılan əməliyyatlar zamanı tərəflərin hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməlidir. Əməliyyatların aparılmasında nəzərdə tutulan müddətlər gözlənilməli, kargüzarlıq qaydalarına riayət edilməlidir. Qeydiyyat şöbəsinin rəisi onun fəaliyyətini tənzimləyən qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları qorumalıdır.
Nazirliyin İcra və probasiya şöbə və bölmələrinin əməkdaşlarının iştirakı ilə sosial məsafə qaydaları gözlənilməklə, nizam-intizam qaydalarının möhkəmləndirilməsi, etik davranış qaydalarına əməl olunması və icra və əmək intizamına riayət edilməsi ilə əlaqədar tədris saatı təşkil edilmişdir.
Tədris saatı zamanı nazirliyin Təşkilat-nəzarət şöbəsinin rəisi baş ədliyyə müşaviri Səttar Zamanov mövzu ilə əlaqədar əsas məqamları iştirakçıların diqqətinə çatdırıb. Qeyd olunub ki, ədliyyə işçisi Azərbaycan Respublikasının, ədliyyə orqanlarının və bu orqanlarda qulluğun nüfuzunu möhkəmləndirməyə, ədliyyə işçisi adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Ədliyyə işçisi etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmalı, ictimai etimadın bərpası üçün tədbirlər görməlidir. Ədliyyə işçisi öz qulluq borcunun məsuliyyətini dərindən dərk etməli, ixtisasını artırmalı, rəhbər işçilər həmçinin, qulluq vəzifələrini yerinə yetirərək işçilərin nəzəri biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması üçün tədbirlər görməlidir. Qanunvericiliklə nəzərdə tutulan davranışların yerinə yetirilməsi müntəzəm olaraq nazirlik tərəfindən təhlil edilir və əməkdaşların xidməti və xidmətdən kənar davranışları qiymətləndirilir.