date saat
Cari ilin fevral ayından başlayaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində vakant vəzifələrin tutulması üçün müsahibə elan edilmişdir. Bununla əlaqədar olaraq aprel ayının əvvəlinədək sənəd qəbulu həyata keçirilmişdir. Elan olunmuş müsahibədə müvafiq vəzifə üzrə həkim mütəxəssis, eləcə də kiçik və orta rəis heyəti vəzifələri üçün sənəd verən qadın namizədlər iştirak edirlər.
Aprelin 10-da nazirlikdə işə qəbulla bağlı elan olunmuş müsahibə mərhələsinin keçirilməsinə başlanılmışdır. Müsahibədə namizədlərə ixtisasına, iddia etdiyi vəzifənin qulluq funksiyasına, peşə hazırlığına və dünyagörüşünə uyğun suallar verilir.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin sağlamlığının qorunması və tibbi təminatı diqqət mərkəzində saxlanılır.
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Səhiyyə Nazirliyi arasında əldə edilmiş razılaşmaya əsasən ilin müvafiq dövrlərində cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlar tibbi müayinələrdən keçirilirlər.
Aprel ayının 08-də Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi həkim briqadası cəzaçəkmə müəssisələrində olaraq cəza çəkən bütün məhkumları kompleks müayinə ediblər. Onlardan qan analizləri götürülüb, müxtəlif müayinələrdən keçərək, kardioloji, dəri, zöhrəvi, göz, psixi və digər xəstəlikləri yoxlanılıb.
Etibarnamə bir şəxsin qərarlar vermək və ya başqa bir şəxs adından hərəkət etmək səlahiyyətinə sahib olduğuna dair sənəddir. Bu sənədin bir çox istifadəsi var, lakin qanuni olaraq notariusdan keçməlidir. Etibarnamə tək tərəflidir, yəni yalnız bir şəxs (digərindən) hüquq alır və eyni zamanda ondan tələb olunanları yerinə yetirməyə borcludur.
Mülki Məcəllədə hüquqi əhəmiyyətə malik etibarnaməyə belə anlayış verilib: bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Aydın olduğu kimi, etibarnamə üçüncü şəxsə ünvanlanır.
Məlumdur ki, əqd sadə yazılı formada və ya notarial formada ola bilər. Etibarnamə birtərəfli əqd olduğundan bir sıra qaydalara əməl edilməlidir. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.