date saat
Aprelin 11-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları Şərur rayonunda “Açıq qapı” günü təşkil ediblər. Şərur Rayon Məhkəməsinin inzibati binasında keçirilən qəbul zamanı vətəndaşların, əsasən, aliment, pul tələbi, qeydiyyat və notariat əməliyyatları ilə bağlı müraciətləri dinlənilib.
Müraciət edən şəxslər fərdi qaydada qəbul edilərək onlara qanunamüvafiq məsləhətlər verilib və həlli mümkün olan məsələlərə dəstək göstərilib. Ədliyyə Nazirliyinin səlahiyyət dairəsinə aid araşdırma tələb edən müraciətlər isə həll edilməsi ilə bağlı nəzarətə götürülüb..
Qeyd edək ki, “Açıq qapı” günləri çərçivəsində nazirliyin əməkdaşları tərəfindən görüşlərin keçirilməsi davam etdirilir. Növbəti qəbulun aprel ayının 28-də Sədərək rayonunda keçilməsi nəzərdə tutulmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti
Aprelin 11-də ədliyyə naziri Fikrət Məmmədov Sabirabad rayonunda Sabirabad, Saatlı, İmişli və digər rayonlardan olan vətəndaşların qəbulunu keçirib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.
Dövlət başçısının tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda hər bir vətəndaş diqqətlə dinlənilərək, müraciətləri ilə bağlı aidiyyəti tapşırıqlar verilib. Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə xüsusi həssaslıqla yanaşılaraq qayğıları ilə maraqlanılıb.
Bölgə sakinləri onlara göstərilən diqqət və qayğıya, yerlərdə mütəmadi qəbulların təşkilinə görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.
Səfər zamanı ədliyyə naziri yerli məhkəmə və ədliyyə orqanlarının iş şəraiti ilə tanış olub, ədliyyə işçiləri və hakimlərlə görüşüb.
Aprelin 11-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Dövlət Universiteti ilə birgə Beynəlxalq münasibətlər və hüquq fakültəsində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar tədbir təşkil edib. Ədliyyə Nazirliyinin əməkdaşlarının, universitetin pedoqoji heyətinin və tələbələrinin iştirak etdiyi tədbir “Heydər Əliyev mütərəqqi hüquqi islahatların banisidir” mövzusuna həsr edilib.
Universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov tədbiri giriş sözü ilə açaraq ulu öndər Heydər Əliyevin Azərbaycanın təhsil sisteminə verdiyi töhfələrdən bəhs etmiş, tələbələr üçün daim örnək şəxsiyyət olduğunu vurğulamışdır.