date saat
Konstitusiya dövlətin əsas strukturunu, prinsiplərini və fəaliyyət qaydalarını göstərən və fərdlərin hüquqlarını təmin edən üstün hüquqi normalardan ibarətdir. Heç bir qanun və ya digər qayda konstitusiyaya zidd ola bilməz. Bu baxımdan konstitusiya bir ölkənin ali və ya Әsas Qanunudur. O, bir tərəfdən dövlətin quruluşunu və fəaliyyətini, onların əsas prinsiplərini müəyyən edir, orqanların bir-biri ilə münasibətlərini idarə edir, digər tərəfdən hüquq və azadlıqları müəyyən edir və özündə əks etdirir. Azərbaycan xalqı 1918-ci ildə öz tarixində ilk dəfə demokratik əsaslarla dövlət yaratmağa nail olsa da, bu dövlətin cəmi 23 ay davam edən qısa ömrü Azərbaycan Xalq Cümhuriyyətinin Konstitusiyasının qəbul edilməsi üçün kifayət etmədi. Müstəqilliyimizin bərpasına qədərki 70 illik dövrdə artıq 3 konstitusiya qəbul olunmuş, lakin həmin konstitusiyalar ittifaq konstitusiyalarına uyğun hazırlanmaqla dövrün siyasi rejiminin ideologiyasını əks etdirmişlər.
Fevral ayının 28-da Ədliyyə Nazirliyinin Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin 100 illik yubileyinin ədliyyə orqanlarında qeyd edilməsi ilə bağlı təsdiq edilmiş tədbirlər planına əsasən növbəti tədbir nazirliyin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində keçirilib.
Ədliyyə Nazirliyinin, Penitensiar Xidmətin, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşlarının və cəza çəkən məhkumların iştirakı ilə keçirilən tədbir “Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi humanist siyasət” mövzusuna həsr olunub.